SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Müdafiə Nazirliyi Qara dənizdə xarici gəmini dayandırdığını açıqlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o, Odessa vilayətinin İzmail limanına gedib.

“Avqustun 13-də Qara dənizin cənub-qərb hissəsində Ukrayna limanına doğru hərəkət edən Palau bayrağı altında üzən “Şükrü Okan” yük gəmisi görünüb. Rusiya hərbi gəmisindən yük gəmisini dayandırmaq üçün avtomatik atıcı silahlardan qabaqlayıcı atəş açılıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, gəmi yoxlandıqdan sonra İzmail limanına doğru hərəkətini davam etdirib.

BAKU.WS