SİZİN REKLAM BURADA!
055 213 76 73


“Polşa hökuməti Belarusda “Vagner” hərbi təşkilatının muzdlularının olması səbəbindən bu ölkə ilə sərhədini tamamilə bağlanmasını nəzərdən keçirir”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu CNN-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.

"Biz ərazimizi, vətəndaşlarımızı qorumaq üçün lazım olacaq istənilən addımları, o cümlədən Belarusun tam təcrid olunmasını, sərhədin tamamilə bağlanmasını nəzərdən keçiririk", - xarici işlər nazirinin müavini bildirib.

Nazir müavini qeyd edib ki, sərhədin bağlanması Polşanın atmaq istəmədəyi ifrat tədbir olacaq: "Hücumlar və sabitliyi pozmaq cəhdləri davam edərsə, Varşavanın başqa yolu qalmayacaq. Yablonskinin sözlərinə görə, Belarusdan gələn təhlükə realdır, çünki “Vaqner"çilər artıq Polşa ərazisinə soxulmağa cəhd ediblər.

"Sərhədimizə daha çox hücum, ola bilsin ki, hava məkanımızı pozmağa cəhdlər gözləyirik" deyə Yablonski bildirib. Polşa artıq Belarus sərhədi yaxınlığında getdikcə daha çox qoşun yerləşdirir.

BAKU.WS