SİZİN REKLAM BURADA!
055 213 76 73


Pentaqon silah ehtiyatlarını artırmaq üçün ABŞ-ın müdafiə şirkətlərinə 9,7 milyard dollar köçürüb. ABŞ Konqresi müdafiə sənayesinin inkişafına ümumilikdə 26 milyard dollar ayırmaq niyyətindədir.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Pentaqon “Lockheed Martin Corporation” hərbi-sənaye korporasiyasına planlaşdırılan 6 milyard dollardan artıq 2,3 milyard dolları köçürüb. Vəsaitlər həmçinin GLMRS sistemi üçün idarə olunan raketlərin istehsalına yönəldiləcək.

“Lockheed Martin” və “RTX Corporation” aerokosmik konqlomeratının birgə müəssisə “Javelin raket sistemlərinin ehtiyatını bərpa etmək üçün planlaşdırılan 1,9 milyard dollardan 1,4 milyard dollar alıb. RTX həmçinin “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün qabaqcıl raketlərin istehsalı və daşınan “Stinger” ZRK-ları üçün nəzərdə tutulan raketlərin əvəz edilməsi üçün əlavə maliyyə vəsaiti alıb.

“Bloomberg” yazır ki, Konqres həmçinin Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarını ödəmək üçün 18,6 milyard dolların ayrılmasını da təsdiqləyib. Hazırda Pentaqon Ukraynanın hərbi ehtiyaclarını ödəmək, o cümlədən də Kiyevi hava hücumundan müdafiə sistemləri və sursatla təmin etmək üçün ABŞ şirkətlərinə artıq 7 milyard dollar ayırıb.

BAKU.WS