SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur futbolçu Jerar Pike istirahət üçün getdiyi gecə klubunda keçmiş sevgilisi Şakiranın fanat ordusu ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, sənətçinin pərəstişkarları müxtəlif şüarlar səsləndirərək onu istirahət etməyə qoymayıblar. 

Onlar davamlı olaraq “Şakira, Şakira, Şakira...” şüarları səsləndirib, yaxud da Pikeni fitə basıblar.

İdmançı baş verənlərə sərt reaksiya göstərib. O "Kim nə deyirsə desin mən dünya çempionuyam və sən heç kimsən" sözlərini söyləyərək Şakiranı sevənlərə etiraz edib. 

Pikenin çıxışının sonunda isə klubun DJ-i Şakiranın sevilən "Waka-Waka" mahnısını səsləndirib.

BAKU.WS
VİDEO