SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Ərəb Əmirliklərində qeyri-adi hadisə yaşanıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Dubay şəhərində "Hummer" markalı dünyanın ən uzun avtomobili yolda nəqliyyatın hərəkətinə problem yaradıb. 

O, sağa-sola manevr etməkdə çətinlik çəkib. Çox böyük olduğu üçün həmin əraziyə xeyli sayda polis əməkdaşları cəlb edilib. 

Nəhəng avtomobil uzun müddət tıxacda qalıb. Ətrafdakı sürücülər tərəfindən lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq maraqla qarşılanıb. Müzakirələrə səbəb olan nəqliyyat vasitəsinin ərəb şeyxinə aid oluduğu deyilir.

BAKU.WS sözügedən avtomobilin görüntülərini təqdim edir:

BAKU.WS
VİDEO