SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Hülya Avşarın qızı Zehra Çilingiroğlu memarlıq isxtisasını bitirərək bu sahə üzrə şirkətlərdən birində işə başlayıb. 

BAKU.WS xəbər verir ki, Zehranın şirkətdə işlədiyi deyilsə də, onun sosial şəbəkələrdə inşaatlardan birində çəkilən fotosu yayılıb. 

Yeniköyde kameralara tuş gələn Hülya Avşara qızı Zehranın yeni işi ilə bağlı suallar verilib. Sənətçi övladının inşaatda çalışmasını özünün istədiyini bildirib. Avşar yanlız belə olan halda Zehranın öz ixtisasına tamamilə yiyələnə biləcəyini deyib:

"Zehraya dedim ki, bir memar olaraq sən də əsl ustalar kimi çalışmalısan. Ondan işin texnikasını öyrənməsini istədim. Çünki çox memarlar görmüşəm... İşi bitirib ayrılırlar, sonra divar çat-çat olur. Dedim ki, əgər belə olacaqsansa, olma. Qızım da çox həssasdır və işləmək istəyirdi. Çox yaxşı bir yerdə işləyir".

Qeyd edək ki, Zehra Hülyanın Kaya Çilingiroğlu ilə olan evliliyindən dünyaya gələn qızıdır.

BAKU.WS
QALEREYA