SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub, tərəflər Kiyevin alyansa inteqrasiyası üçün gələcək addımları müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna liderinin teleqram kanalına istinadən məlumat yayıb.

"Biz alyansın Vilnüs sammiti zamanı əldə olunmuş razılaşmaların icrasını, eləcə də Ukraynanın NATO-ya inteqrasiyası üçün gələcək fəaliyyətləri müzakirə etdik”, - məlumatda bildirilir.

Söhbət zamanı tərəflərin Qara dənizdəki mövcud vəziyyət və bunun qlobal ərzaq təhlükəsizliyi üçün yaratdığı risklər barədə də öz qiymətləndirmələrini bölüşdükləri vurğulanır.

Bundan əlavə, danışıqlar zamanı Qara dəniz taxıl dəhlizinin blokdan çıxarılması və davamlı fəaliyyəti üçün zəruri olan prioritet addımlar müəyyən edilib.

BAKU.WS