SİZİN REKLAM BURADA!
055 213 76 73


“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojin Belarusda şirkət açıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrində iyulun 19-da “Concord Management and Consulting” MMC şirkəti (VÖEN 791314882) qeydiyyata alınıb.

Şirkətin qeydiyyatı Belarusa köçürülmüş “Vaqner” ÖHŞ döyüşçülərinin səhra düşərgəsinin yerləşdiyi Osipoviç vilayətinin Tsel kəndində baş tutub.
MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsidir.

Mənbə: Interfax

BAKU.WS