SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin gün ərzində üçüncü, ümumilikdə isə altıncı kolonu Belarusa gəlib.

BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə "Belarusski Qayun" monitorinq qrupu məlumat yayıb.

Qeyd olunur ki, kolon axşam saatlarında P43-M5 avtomobil yolu ilə hərəkət edib. Kolonun tərkibində pikaplar və qoşqusu olan üstüörtülü "Ural" hərbi yük maşınları görüntülənib.

Kolonu Belarus Dövlət Yol Müfəttişliyi müşayiət edib.

Məlumata görə, kolonda təxminən 100-120 maşın olub. Muzdlular Sell kəndindəki düşərgəyə doğru irəliləyiblər.

Bildirilir ki, "Vaqner" rəhbəri Yevgeni Priqojinin biznes-jeti Belarusda təxminən 13 saat qaldıqdan sonra yerli vaxtla saat 00:15-də "Maçulişi" aerodromunu tərk edib.

BAKU.WS