SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 239 010 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 119 tank, 8 051 zirehli maşın, 4 542 artilleriya sistemi, 689 reaktiv yaylım atəşi sistemi, 428 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 839 PUA, 1 273 qanadlı raket, 18 gəmi/qayıq, 7 086 avtomobil texnikası və avtosistern, 677 xüsusi texnikadan ibarətdir.

BAKU.WS