SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Federal Təhlükəsizlik Xidməti RT kanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı “Paraqraf-88” neonasist qrupunun üzvləri tərəfindən hazırlanan sui-qəsdin qarşısını alıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

İddiaya görə, həmin şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət ediblər.

İstintaq zamanı saxlanılan şəxslərdən “Kalaşnikov” avtomatı, onun üçün 90 patron, bıçaqlar, beşbarmaqlar, rezin dəyənəklər, qandallar, nasist rəmzləri olan şevronlar və bayraqlar, nasist ədəbiyyatı, həmçinin rabitə vasitələri və onların fəaliyyətini təsdiq edən məlumatlar olan kompüterlər götürülüb.

“İstintaq Komitəsi saxlanılan şəxslərə qarşı ekstremist və terrorçu çalarlarla cinayət işi açmağı planlaşdırır”, - deyə məlumatda bildirilib.

BAKU.WS