SİZİN REKLAM BURADA!
055 213 76 73


“BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə “Taxıl sazişi”ni uzatmağın əvəzində Rusiyanın “SWIFT” sisteminə qoşulmasını təklif edib”.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

BMT-nin rəsmi nümayəndəsi Stefan Dyujarrik agentliyin əməkdaşına bildirib ki, iyulun 11-də A.Quterreş V.Putinə məktub ünvanlayıb. İyulun 12-də V.Putinə “Taxıl sazişi”nin uzadılması ilə bağlı ünvanladığı məktubunda yazıb ki, BMT məsələ barədə təkliflər üzrə Moskva ilə əməkdaşlığa hazırdır.

S.Dyujarrik danışıqların təfərrüatlarını açıqlamasa da, əlavə edib ki, Baş katib bütün tərəflərlə məsələ ilə bağlı fikir mübadiləsi aparır və Rusiya ilə müzakirələri davam etdirməyə hazırdır.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

Rusiya rəsmiləri sazişin uzadılması üçün heç bir imkan görmədiklərini bildiriblər.

BAKU.WS