SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin Nyu-York şəhərində iki avtobus toqquşub, çox sayda yaralı var.

BAKU.WS xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qəza nəticəsində azı 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə yerində tibbi yardım göstərilib.

Qeyd edilir ki, Manhetten istiqamətində ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığında keçərək şəhər avtobusuna çırpılıb.

Zərərçəkənlərin aldığı xəsarətlər onların həyatı üçün təhlükə yaratmır.

BAKU.WS
VİDEO