SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri cəbhənin ən azı dörd istiqamətdə əks-hücum əməliyyatları keçirib və irəliləyib.

BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutunun son hesabatında deyilir.

Məlumatda qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri Liman istiqamətində əks-hücum əməliyyatları keçirib.

Həmçinin Ukrayna qüvvələri Baxmut bölgəsində, Donetsk və Zaporojye vilayətlərinin qərb sərhədində və Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatını davam etdirir.

Ukrayna Silahlı Qüvvələri Ukraynanın şərqində 9 kvadrat kilometr ərazini geri alıb və Ukrayna qüvvələrinin Baxmutdan cənub-qərbə doğru irəlilədiyini bildirilir.

Həmçinin, bəzi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərb hissəsindəki Orexovdan cənubda irəliləyiş əldə edib.

Bundan əlavə, Rusiya və Ukrayna qoşunları Baxmut bölgəsində döyüşləri davam etdirir.

BAKU.WS