SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində iğtişaşlar başlayıb. Fransada təhsil alan, yaşayan azərbaycanlılar da az deyil. Təqribən 4 000-5 000 nəfər vətəndaşımız orada yaşayır. Baş verən iğtişaşlar zamanı xəsarət alan həmyerlilərimiz varmı?
 
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə hələlik Azərbaycanın Fransadakı Səfirliyinə belə bir məlumat daxil olmadığını bildirib. 

Qeyd edək ki, XİN Fransada baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə edir.

BAKU.WS