SİZİN REKLAM BURADA!
055 213 76 73


Hamımızın "Şaban" kimi tanıdığı, Türkiyəni ən çox güldürən adam - aktyor Kamal Sunalın vəfatından 23 il ötür.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, onun vəfatından sonra doğulan uşaqlar belə onunla böyüyüb, onunla gülürlər.

K.Sunal son müsahibəsində demişdi ki, o, həmişə hər yerdə zarafat edən adam deyil, arabir ağlayır.

Kamal Sunal 3 iyul 2000-ci ildə 83-cü filmi "Balalayka"nın çəkiliş meydançasına gedərkən mindiyi təyyarədə 55 yaşında infarktdan vəfat edib.

Qeyd edək ki, Kamal Sunal 1974-cü ildə Gül Sunalla ailə həyatı qurub. Bu evlilikdən onların Əli adlı oğlu və Ezo adlı qızı var. 

BAKU.WS
VİDEO