SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altında olan Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.

BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır.

Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan etmişdi. Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda əks-hücum iddiasını doğrulayıb.

BAKU.WS