SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun müddətdir səhhətində problemləri olan məşhur rəqqasə Tanyeliyə pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) diaqnozu qoyulub.

BAKU.WS Türiyə KİV-ə istinadən xəbər verir ki, hazırda özəl xəstəxanalardan birinə yerləşdirilən rəqqasə yeni video paylaşıb. 

Tanyeli artıq saçlarının kəsiləcəyini bildirib. O, xəstə yatağında hər kəsdən halallıq istəyib:

"Mənə "pankreas xərçəngi" diaqnozu qoyuldu, indi xəstəxanadayam. Həkimlər məni bir səyahətə aparırlar. Taleyinə qarşı çıxa bilməzsən. Dünyanın hər yerindən mənim üçün dualar oxuyurlar. Mənə maddi və mənəvi dəstək olmaq istəyən dostlarıma da təşəkkür edirəm. Bu qədər sevildiyimi bilmirdim, çox ruhlandım. Allah sizdən razı olsun. Haqqınızı halal edin. Allaha təvəkkül edirəm. Zara, Sibel Can, Pinar Eliçe, Ebru Gündeş, Deniz Seki, Handa Yener, Demet Akalin, Fatih Ürek və Hakan Altuna məni tək qoymadıqlarına görə təşəkkür edirəm”.

BAKU.WS
VİDEO