SİZİN REKLAM BURADA!
055 213 76 73


“Siz Priqojinin cinayətkar macərasına və silahlı üsyanda iştiraka aldanmısınız".

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" hərbi dəstəsinə müraciətində qeyd olunub:

"Bir neçə dəstədən olan bir çox yoldaşlarınız daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməklə səhvlərini artıq başa düşdülər.

Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən yardım göstərilib.

Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”.

BAKU.WS