SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın "Vaqner" hərbi dəstəsi Rostov şəhərini ələ keçirdikdən sonra Moskvaya doğru yola düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilir ki, Voronej vilayətindən keçən "Vaqner"ə məxsus hərbi kalon Moskvaya doğru irəliləyir.

Buna qədər "Vaqner"in rəhbəri Yevgeni Priqojin Rusiyanın Müdafiə naziri və Baş Qərargah rəisinin cəzalandırılmayacağı təqdirdə Moskvaya doğru gedəcəklərini açıqlamışdı.

BAKU.WS
VİDEO