SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Əməkdar artisti Svetlana Loboda Ukraynada dağıdılan Kaxovka su elektrik stansiyası (SES) ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında ərazidən görüntülər paylaşaraq hamını ukraynalılara kömək etməyə çağırıb. Sənətçi həmin ərazilərdə yaşayan insanlar üçün müəyyən miqdarda ianə etdiyini deyib. Loboda yaşananlara görə Rusiyanı ittiham edib:

“Kaxovka SES-dəki faciə Çernobıl AES səviyyəsində bir fəlakətdir və bütün dünya buna susur! Bilirəm ki, bu bəlada da Ukrayna vətəndaşları üçün köməklik göstərilib bütün yardımlar ediləcək. Mən və komandam artıq 100 000 Ukrayna qrivnası ianə etmişik. İndi bu dəhşətli faciədən əziyyət çəkən uşaqlara və ailələrə kömək etmək üçün bütün güclərimizi toplamalıyıq. Ukraynanın hər yerindən bir çox dostum indi insanları və heyvanları xilas etmək üçün Xersona gedir.

İndi hər birimizin əsas rolu bütün gücümüzü bir araya gətirmək, birləşmək, kömək etmək və heç vaxt laqeyd qalmamaqdır. Sizdən bir-birinizə inanmağınızı, dəstək olmağınızı və heç vaxt ədalətin olacağına inamınızı itirməməyinizi xahiş edirəm. Rusiya dünyanı dolandıran ölkəni məhv etdiyinə görə mütləq cəzalandırılacaq”.

Qeyd edək ki, iyunun 6-da Ukraynada Kaxovka SES-in bəndi məhv edilib. Ukraynanın "Cənub" operativ komandanlığı SES-i Rusiyanın partlatdığını açıqlayıb. Həmin ərazilərdən 4,5 min insan təxliyə edilib.

BAKU.WS