SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Adana şəhərində qadın paltarı geyinən 3 kişi zərgərlik mağazasına gələrək soyğunçuluğa cəhd ediblər.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Sarıçam rayonu Şahintəpə məhəlləsindəki zərgərlik mağazasında baş verib.

İddiaya görə, biri silahalı olan 3 nəfər motosikletlə zərgərlik mağazasına gəlib.

Şübhəlilər zərgərdən qızılları tələb ediblər. Daha sonra zərgər siyirməni açanda şübhəlilər qorxub və planlarını reallaşdırmadan mağazadan qaçıblar.

Soyğunçular ara küçələrdən qaçaraq izlərini itiriblər.

Polislər təhlükəsizlik kamerası vasitəsilə onları tutub.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO