SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ural neftinin qiyməti yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalıb.

BAKU.WS xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamada, yanvar-aprel dövründə Ural neftinin orta qiymətinin 51,05 dollar olduğu bildirilib.

Ötən ilin eyni dövründə orta hesabla 84,68 dollara satılan Ural neftinin bir barel qiymətinin bir il ərzində 39,7 faiz ucuzlaşması diqqət çəkib. Açıqlamada qeyd olunub ki, aprel ayında Ural neftinin bir bareli 58,63 dollara alınıb.

2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin “tavan qiyməti”nin 60 dollar olması barədə razılığa gəliblər.

Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər tələb edir.

BAKU.WS