SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın ilhaq etdiyi Ukraynanın Krım yarımadasında hava hücumundan müdafiə sistemləri işə düşüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqram kanalında yazıb.

O bildirib ki, heç bir itki yoxdur.

Hava hücumundan müdafiə sistemlərinin işə salınmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

BAKU.WS