SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya şöhrətli amerikalı caz ustası və bəstəkarı Əhməd Camal 92 yaşında vəfat edib. 

BAKU.WS xəbər verir ki, bu barədə sənətçinin qızı Süməyyə Camal məlumat yayıb.

O, atasının prostat xərçəngindən dünyasını dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, üç yaşından etibarən piano çalan Camal, 14 yaşında peşəkar karyerasına başlayıb, 25 yaşında ilk albomu "Ahmad Camal Plays"i çıxarıb və 1958-ci il albomu ilə demək olar ki, bütün dünyaya səs salıb.

Onun “At the Pershing: But Not For Me" albomu bütün zamanların ən çox satılanlarından biri olub. Ə.Camal 1994-cü ildə Milli İncəsənət Fondu tərəfindən "Cazın Ustası" adına, 2017-ci ildə ömürlük Grammy mükafatına layiq görülüb.

BAKU.WS
QALEREYA