SİZİN REKLAM BURADA!
055 213 76 73


Afrikaəsilli italiyalı voleybolçu Culiya İtuma intihar edib. 

BAKU.WS xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Komanda yoldaşları ilə yarış üçün Türkiyəyə gələn Culiya qaldığı otelin 6-cı mərtəbəsindən yıxılaraq ölüb.

Onun cansız bədəni bu sabah saat 05:30 radələrində otelin qarşısında tapılıb. 6-cı mərtəbədən yıxılan Culiyanın intihar etdiyi güman edilir. 

Bunu idmançının ölümündən əvvəl yayılan son görüntüləri də təsdiq edib. O, gecə uzun müddət telefonla danışıb. Daha sonra kədərli halda dəhlizdə yerdə oturub və bundan sonra içəri girərək intihar edib.

BAKU.WS voleybolçunun ölümündən əvvəl son görüntülərini təqdim edir:

BAKU.WS
VİDEO