SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanada Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə, o cümlədən "Vaqner" özəl hərbi şirkəti ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Bundan əlavə, Kanadanın Baş naziri deyib ki, Belarusun maliyyə sektoru ilə əlaqəli doqquz təşkilata qarşı sanksiyalar tətbiq edilir.

Kanada, həmçinin Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov və Rusiya müdafiə nazirinin müavini Nikolay Pankova da sanksiya tətbiq edib. Sanksiya siyahısında "Regnum" agentliyinin sahibi Sergey Rudnov da var.

BAKU.WS