SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanın Chhattisgarh əyalətinin Kabirdham rayonunda yeni evlənən cütlüyə toy hədiyyəsi olaraq gətirilən və kino sisteminə quraşdırılan bomba partlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bəyin və qardaşının həyatını itirdiyi hadisədə 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.

Məlumata görə, polis hədiyyənin içindəki partlayıcının elektrik yuvasına qoşulan kimi partladığını, partlayışın baş verdiyi otağın divarlarının və evin damının uçduğunu bildirib.

Polis hadisənin təsadüfi olmadığını və gəlinin keçmiş sevgilisi, 33 yaşlı Sarju Markam tərəfindən təşkil edildiyini bildirib. İstintaq çərçivəsində keçmiş sevgili Markam saxlanılıb.

BAKU.WS
QALEREYA