SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Yekaterinburq şəhərindəki sirk studiyasında 14 yaşlı yeniyetmə "Kəmərli gimnastlar" məşqi zamanı hündürlükdən yıxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, qoruyucu kəndirin qəfil qırılması nəticəsində uşaq ağır beyin travması alıb və onurğasından yaralanıb.

2-3 metr hündürlükdən yıxılan yeniyetmə dərhal təcili tibbi yardımla xəstəxanaya aparılıb. 

Baş verənlərlə bağlı "təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi" maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır. 

BAKU.WS
VİDEO