SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) "Trader Joe’s" mağazasının yaxınlığında naməlum şəxs insanlara atəş açıb.

BAKU.WSTrend-ə istinadən xəbər verir ki, bu barədə şəhərin polis idarəsinə istinadən "NBC" telekanalı məlumat yayıb.

Məlumata əsasən, atışma nətcəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır və ya çox ağır kimi dəyərləndirilir.

Bildirilir ki, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

İnsidentin səbəbi araşdırılır.

BAKU.WS