SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur repçi Jay-Z (əsl adı Şoun Kori Karter) dünyanın ən varlı hip-hopçusu elan edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat prestijli “Forbes” jurnalında yer alıb.

Son zamanlar "Holy Grail", "Empire State Of Mind" və "Niggas in Paris" kimi hitlərə imza atan sənətçinin sərvəti 2.5 milyard dollardır.

Jay-Z 2019-cu ildə də dünyanın ən varlı hip-hopçusu adını qazanıb.

Repçinin musiqi karyerasından başqa “Armand de Brignac” adlı içki şirkəti və gənc istedadların kəşf edildiyi “Roc Nation” adlı agentliyi var.

Məlumat üçün bildirək ki, Jay-Z məşhur müğənni Beyonsun həyat yoldaşıdır. 

BAKU.WS