SİZİN REKLAM BURADA!
055 213 76 73


“Polşanın Ukrayna münaqişəsində iştirakı NATO tərəfindən Üçüncü dünya müharibəsinin başlaması demək olacaq”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski Polşanın Fransadakı səfirinin bəyanatını şərh edərkən deyib.

“Polşanın Ukrayna münaqişəsində birbaşa iştirakı - Kiyevin məğlubiyyəti və ya onun təslim olmasından asılı olmayaraq - NATO tərəfindən

Üçüncü dünya müharibəsinin başlaması demək olacaq. Alyansın üzvü olan ölkələrin paytaxtlarında səhv başa düşülə bilməyən həqiqət”-deyə, o bildirib.

Leonid Slutski onu da qeyd edib ki, belə bir ssenari alyans ölkələrini cəlb etmir, çünki Polşa səfirliyi bu bəyanatları təkzib edib.

“Və ən azı rəsmi açıqlamalara görə, çətin ki, belə bir perspektiv onları cəlb etsin.

Təəccüblü deyil ki, Polşa səfirliyi diplomatik nümayəndəlik rəhbərinin sözlərini təkzib etməyə tələsdi”.

BAKU.WS