SİZİN REKLAM BURADA!
055 213 76 73


İordaniya Kralı II Abdullahın böyük qızı şahzadə İmanın toyu olacaq. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün 26 yaşlı İmanın xına məclisi keçirilib. Onun şad günündə yaxınları, kral ailəsinin digər üzvləri və İmanın rəfiqələri iştirak ediblər. 

İman maliyyəçi Cəmil Aleksandr Termiotislə ailə quracaq. Cütlüyün toyu iki gün sonra baş tutacaq. İmanın nişanlı qardaşı Hüseynin toyunun da bu il keçirilməsi planlaşdırılır. 

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO

QALEREYA