SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Massaçusets ştatında metro stansiyasının çıxışına doğru gedən sərnişin tavandan düşən 25 kiloluq panelin altında qalmaqdan son anda xilas olub.

BAKU.WS "ensonhaber"ə istinadən xəbər verir ki, qəza anı stansiyanın təhlükəsizlik kameralarına əks olunub.

Qeyd olunur ki, sərnişin pilləkənlərə tərəf qalxarkən tavandakı panel onun düz qarşısına düşüb və sərnişin bir müddət hadisənin təsirində qaldıqdan sonra yoluna davam edib.

Ölümdən son anda xilas olan sərnişin Cianna Navarro davamlı olaraq ətrafa və tavanlara baxdığını bildirib.

"Fiziki cəhətdən yaxşıyam, amma həqiqətən hadisədən sarsıldım. Sadəcə yeriyirdim və yadımda qalan tək şey tavanın uçmasıdır", - o deyib.

BAKU.WS
VİDEO