SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının axtarış-xilasetmə işləri ilə tanış olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, FHN-in Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Azərbaycan xilasedicilərinin fəaliyyəti barədə məruzə edib.

Qeyd edək ki, hazırda Azərbaycan xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Onlar Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından azı 26 nəfəri sağ, 48 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS