VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hatay Büyükşehir Bələdiyyə sədri Lütfü Savaş açıqlaması ilə gündəm olub. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurum rəsmisi iki həftə əvvəl qonaq olduğu siyasi və analitik proqramda Hatayın sarsıdıcı zələzələyə hazır olmadığını deyib. 

Onun bu açıqlaması Hataydakı dəhşətli zəlzələdən sonra mətbuatın gündəminə çevrilib.

Sosial şəbəkə izləyiciləri belə bir məlumatın əvvəldən bilindiyi halda fəlakətin qarşısı alınmadığı üçün aidiyyatı qurumları şiddətlə qınayıblar. 

Məlumat üçün bildirək ki, təbii fəlakət nəticəsində Hatayda 2 749 bina uçub, 1 647 sakin vəfat edib, 6 200 nəfər isə yaralı vəziyyətdədir.

BAKU.WS həmin görüntüləri təqdim edir: 

Zöhrə Pənahi
BAKU.WS
VİDEO