SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələdən sonra bəzi idmançılardan xəbər alına bilinmir. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hatay Qadın Voleybol Komandasının oyunçularının dağıntılar altında qaldığı deyilib. 

Dağıntılar altında voleybolçularla yanaşı güləşçilər və idman məşqçiləri də var. Onların sayının 30-40 arasında olduğu bildirilir. 

İdmançılardan sadəcə 3-ü dağıntılar altından xilas edilib. Qalanlar isə hələ də bina uçqunun altındadır. Onlar təcili olaraq kömək gözləyirlər. 

BAKU.WS
VİDEO