SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık vətəndaşlara müraciət edib.

BAKU.WS-in məlumatına görə, Kınık bu barədə tvitter hesabında yazıb.

Sədr baş verən dağıdıcı zəlzələdən sonra vətəndaşları qan verməyə dəvət edib.

"İlkin mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var, lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm", - deyə o, bildirib.

Qeyd edək ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

BAKU.WS