SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, ölkə Rusiya ilə birbaşa uçuşları bərpa edərsə və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarından yan keçərsə, sanksiyalara məruz qala bilər.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.

"Avropa İttifaqı Gürcüstanı Aİ və digər ölkələrin Rusiyaya qarşı aviasiya sektorunda tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınmaq üçün mümkün cəhdlərə qarşı diqqətli olmağa çağırır. Aİ-nin sanksiya rejimi prosesdə iştirak edənlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur", - deyə Stano bildirib.

Stano onu da əlavə edib ki, Gürcüstan "təhlükəli Rusiya təyyarələrini öz ərazisinə buraxmamalıdır", çünki Rusiya təyyarələrinin 95%-i sanksiyalara görə lazımi təhlükəsizlik standartlarını qoruya bilmir.

BAKU.WS