SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Cozef Bayden bu ayın sonunda Polşaya səfəri çərçivəsində ölkənin lideri Anjey Duda və Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Polşanın "Dziennik Gazeta Prawna" nəşri diplomatik mənbələrə istinadən yazır.

Hələ ki nə ABŞ, nə də Ukrayna tərəfləri bu görüşü təsdiqləyiblər.

Məlumatlara görə, görüş fevralın sonunda, Rusiya-Ukraynada müharibəsinin ildönümü ərəfəsində baş tuta bilər.

Görüş üçün Polşanın paytaxtı Varşava şəhəri və ya Ukrayna ilə sərhəddə yerləşən Rzeşov şəhəri nəzərdə tutulub.

Nəşrin məlumatına görə, bu görüş Ukrayna münaqişəsinin həlli üçün həyata keçirilən görüşlər sxeminin bir hissəsinə çevrilməlidir.

Zelenski Baydenə 10 bənddən ibarət sülh planını, o cümlədən Rusiya tərəfindən törədilən müharibə cinayətlərini araşdırmaq üçün Xüsusi Tribunalın yaradılmasını təqdim etməyi planlaşdırır.

Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin iştirak edəcəyi beynəlxalq konfransın çağırılmasının təklif ediləcəyi gözlənilir.

Bu ölkələr sırasında ABŞ-dan əlavə Kanada, Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya və Polşa da olacaq.

Həmçinin Cozef Baydenin Ukraynaya səfərinin planlaşdırılmadığı qeyd olunub.

BAKU.WS