SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Kino Sənəti və Elmləri Akademiyası tərəfindən 1929-cu ildən bəri təqdim edilən "Oskar" mükafatları bu il 95-ci dəfə öz sahiblərinə təqdim ediləcək.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Ən yaxşı sənədli film" nominasiyasında namizədlər siyahısına Daniel Roerin rusiyalı müxalifət lideri Aleksey Navalnı üçün çəkdiyi "Navalnı" filmi daxil edilib.

Nominasiyaların sayında lider 11 mükafata iddialı "Hər şey hər yerdə və dərhal" filmi olub.

"Ən yaxşı film" nominasiyası üzrə "Qərb cəbhəsində dəyişiklik yoxdur", "Avatar: Su yolu", "İnişerin banşiləri", "Elvis", "Hər şey hər yerdə və dərhal", "Fabelmanlar", "Tar", "Top Qan: Meverik", "Kədər üçbucağı", "Qadınlar deyir" filmləri irəli sürülüb.

"Ən yaxşı rejjissor" adı uğrunda Martin MakDona ("İnişerin banşiləri"), Den Kvan və Deniel Şaynert ("Hər şey hər yerdə və dərhal"), Stiven Spilberq (“Fabelmanlar”), Todd Fild (“Tar”) və Ruben Estlund (“Kədər üçbucağı”) mübarizə aparacaqlar.

2022-ci ilin ən yaxşı aktyoru - Ostin Batler ("Elvis"), Kolin Farrell ("İnişerin banşiləri"), Brendan Freyzer ("Balina"), Pol Meskal ("Mənim Günəşim"), Bill Nayi ("Yaşamaq"), ötən ilin ən yaxşı aktrisası isə - Keyt Blanşett ("Tar"), Ana de Armas ("Sarışın"), Andrea Raysboro ("Leslinin xatirinə"), Mişel Uilyams ("Fabelmanlar"), Mişel Yeo ("Hər şey hər yerdə və dərhal") isə ötən ilin ən yaxşı aktrisası ola bilərlər.

Qeyd edək ki, Mükafatlandırma mərasimi üçüncü dəfə ABŞ-li komediyaçı Cimmi Kimmelin aparıcılığı ilə keçiriləcək.

BAKU.WS