SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa prezidenti Emmanuel Makron ölkəsinin DÇ-2022-də finala yüksəlməsini şərh edib.

BAKU.WS-in məlumatına görə, o bildirib ki, kuboku yenidən qazanacaqlar:

“Bizim soydaşlarımızın sevincə ehtiyacı var. Bunu idman, xüsusən də futbol verir. Məşqçimiz Didye Deşama və bu komandaya böyük təşəkkür edirəm. Mən bu komanda ilə çox fəxr edirəm. Deşam finalda olmağın nə olduğunu bilir. Finala hazırlaşırıq və bilirsiniz, biz onu qazanırıq!” - deyə Fransa prezidenti qeyd edib.

Qeyd edək ki, Fransa yığması yarımfinalda Mərakeşə 2:0 hesabı ilə qalib gəlib. Dekabrın 18-i keçiriləcək final oyununda Fransa Argentina ilə qarşılaşacaq.

BAKU.WS