SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanadalı məşhur müğənni Selin Dion nadir rast gəlinən xəstəliyə tutulub.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında bildirib.

54 yaşlı müğənni ona milyonda bir insanda rast gəlinən “əzələ sərtliyi sindromu” diaqnozu qoyulduğunu açıqlayıb. 

Dion yeriməkdə və oxumaqda da çətinlik çəkdiyini bildirib. Müğənni Avropada 2023-cü ilə planlaşdırılan konsertlərini ləğv edib.

Qeyd edək ki, Selion Dion məşhur "My Heart Will Go On" mahnısının ifaçısıdır.

BAKU.WS