SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Doğuş həmkarı Bilal Sonsesi məhkəməyə verib. 

BAKU.WS xəbər verir ki, Bilanın yeni "Elin olamam" adlı ifasının giriş və son hissəsi Doğuşun "Bunun adına yürek derler" mahnısı ilə eynidir.

Bu səbəblə də Doğuş Sonsesi məhkəməyə verərək ondan 5 qəpik təzminat tələb edib. Ötən gün baş tutan məhkəmə prosesi zamanı hakim Doğuşun xeyrinə qərar verib.

Nəticədə Bilal sənətçiyə 5 qəpik təzminat ödəməli olub.

Xatırladaq ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Onların əkiz övladları var.

BAKU.WS