SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda 7 azərbaycanlı fəal həbs olunub.

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallar bildiriblər ki, Həmid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.

Qeyd edilib ki, Tehranda saxlanılan Vəhid Əliqulupur "Evin" zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Lakin onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.

BAKU.WS
VİDEO