SİZİN REKLAM BURADA!
055 213 76 73


“Vatikan Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə, öz ərazisini digər tərəflərin, xüsusən ABŞ və Avropa İttifaqının da iştirak edə biləcəyi sülh danışıqları üçün neytral yer kimi təklif etməyə hazırdır”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Roma Papası Fransisk Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı səsləndirib.

Onların görüşü oktyabrın 24-də olub. Lakin dünya katoliqlərinin liderinin fikirləri noyabrın 8-də yayımlanıb.

Vatikan dəfələrlə Müqəddəs Taxt-tacın Moskva ilə Kiyev arasında dialoqun qurulması üçün bütün səyləri göstərməyə hazır olduğunu vurğulayıb.

Məlumata görə, noyabrın 4-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib ki, Papanın Rusiya və Ukrayna arasında danışıqlar prosesində vasitəçiliyə cəlb edilməsində müsbət irəliləyişlər yoxdur.

BAKU.WS