SİZİN REKLAM BURADA!
055 213 76 73


Güney Azərbaycanın Zəncan şəhərində yaşayan qadın hüquqları müdafiəçisi və mədəni fəal Səfiyə Qarabaği İranın hökumət qüvvələri tərəfindən həbs edilib.

BAKU.WS xəbər verir ki, bu barədə azad iran teleqram kanalı xəbər yayıb.

Güneyli fəalın özünün iş yerində saxlandığı, telefonu, kompüteri və başqa şəxsi əşyalarının müsadirə edildiyi bildirilir.

Qadın fəalın hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, azərbaycanlı fəal Səfiyə Qarabaği bundan öncə də həbs və basqılarla üzləşib.

BAKU.WS