SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə enerji sahəsində xaricdən asılı olan ölkə olmasına baxmayaraq, bu sahədə ən önəmli ölkələrdən birinə çevirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə uzun müddət ərzində enerji sahəsində mərkəzə çevrilmək üçün önəmli layihələr həyata keçirib:

“Bu layihələr sayəsində Qərbi Avropa, Balkan ölkələri bizə, Azərbaycana ümidlidir. Azərbaycanın əhəmiyyəti artdı”.

Nazir Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ərazisindən keçən Orta Koridorun aktuallığının artdığını, bu ölkələrin daha sıx əməkdaşlıq etməli olduqlarını da vurğulayıb.

BAKU.WS