SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada müharibə davam edir.

BAKU.TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Xarkov vilayətinin işğaldan azad olunmuş İzyum şəhərindən son məlumatları çatdırıb.

O bildirib ki, şəhər işğaldan azad olunsa da, təxribat təhlükəsi davam edir.

Hərbçilərin sözlərinə görə, Rusiya ordusu buradan çıxandan sonra diversiya qruplarının qaldığı ehtimal olunur. Onların aşkarlanması və məhv edilməsi istiqamətində əməliyyatlar keçirilir.

Qeyd edilib ki, Xarkovda döyüşlər gedən zaman raket zərbəsindən həlak olan azərbaycanlılar - Emin Mahmudov, onun həyat yoldaşı və qayınanasının uzun müddət həyətdə qalan meyitləri dəfn olunub.

Ətraflı süjeti təqdim edirik:

BAKU.WS
VİDEO