SİZİN REKLAM BURADA!
055 213 76 73


“Son sutkada Ukraynada Rusiya ordusunun 550 hərbçisi məhv edilib”.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 550, ümumilikdə isə Rusiyanın 57 750 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 306 tank, 4 881 zirehli döyüş maşını, 1 378 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 261 təyyarə, 224 helikopter, 977 PUA, 241 qanadlı raket, 15 gəmi, 3 730 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.

BAKU.WS